İnvestisiya
76

ABŞ prezidentinin çıxışı texnologiya nəhənglərinin bazar dəyərini azaldıb

ABŞ prezidentinin çıxışı texnologiya nəhənglərinin bazar dəyərini azaldıb

ABŞ Prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasındakı çıxışından sonra ölkənin texnologiya nəhənglərinin bazar dəyəri təxminən 56 milyard dollar azalıb. 

"Renkinq" xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı çıxışında sosial medianın gücünün artmasının əleyhinə danışıb. 

İnvestorlar bunu texnologiya nəhənglərinə qarşı siyasətin sərtləşdiriləcəyinin anonsu kimi qəbul edib. Son nəticədə fond birjalarında "Facebook" və "Amazon"un səhmləri 2,5%-dən çox, "Netflix"in səhmləri 4,4%, "Microsoft"un səhmləri isə 1,5% dəyər itirib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər