Qeyri-bankçılıq
184

Azərbaycanda 11 BOKT ötən ili zərərlə başa vurub

Azərbaycanda 11 BOKT ötən ili zərərlə başa vurub

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 11-i ötən ili zərərlə başa vurub.

"Renkinq" xəbər verir ki, bunlar "International", "Omni Finance", "Kredex", "Falcon Finance", "Regional", "Finance Invest", "Caspian Invest", "TCF", "PSG Finans", "Viza Kredit" və "Para"dır. (Xalis) zərərin ən yüksək həddi "Para"da (1,439 milyon manat), ən aşağı həddi isə "International"da (14 min manat) qeydə alınıb.

Qalan 25 BOKT isə ötən ildən mənfəətlə çıxıb. Bu baxımdan ən yüksək göstərici "TBC Kredit"də (1,883 milyon manat), ən aşağı göstərici isə "Pro Kredit"də (0,001 milyon manat) qeydə alınıb.

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

***

36 BOKT-dan 8-i ötən il (xalis) mənfəətini artırıb. Bunlar "Kredit Servis", "Finoko", "Finex Kredit", "Embafinans", "Molbulak", "Premier Kredit", "İcraçı Kredit Agentliyi" və "İdeal Kredit"dir.  Ən yüksək dinamika "Kredit Servis"də (28,7 dəfə), ən aşağı dinamika isə "İdeal Kredit"də (22%) qeydə alınıb.

6 BOKT-un isə (xalis) mənfəəti azalıb. Bunlar "Aqrarkredit", "Azmikroinvest", "Azərbaycan Mikro-Kredit", "TBC Kredit", "Kredaqro" və "FİNKA Azərbaycan"dır. Ən çox azalma "FİNKA Azərbaycan"da (99,2%), ən az azalma isə "Aqrarkredit"də (36,3%) qeydə alınıb.

4 BOKT-un isə (xalis) zərəri artıb. Bunlar "PSG Finans", "Falcon Finance", "Finans İnvest" və "Viza Kredit"dir. Ən yüksək dinamika "PSG Finans"da (45,7%), ən aşağı dinamika isə "Viza Kredit"də (32,8%) qeydə alınıb.

1 BOKT-un "Omni Finance"ın (xalis) zərəri dəyişməyib.

4 BOKT-un isə (xalis) zərəri azalıb. Bunlar "Caspian Invest", "Kredex", "TCF" və "Para"dır. Ən çox azalma "Para"da (82,7%), ən azalma isə "Caspian Invest"də (11,2%) qeydə alınıb.

11 BOKT - "Avrasiya-Kredit", "Azinvestkredit", "Brand Credit", "Effektinvest", "İDK", "İnkişaf üçün maliyyə", "Kəpəz", "Qafqaz-Kredit", "Merkuri", "Pro Kredit" və "Viator Mikrokredit Azərbaycan" zərərdən mənfəətə, 2 BOKT - "International" və "Regional" isə mənfəətdən zərərə keçib. Odur ki, onların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər