Sığorta
273

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.

“Renkinq” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Meqa Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 11 milyon manat, qanuni təmsilçisi isə bir qədər əvvəl “Meqa Sığorta”nın Direktorlar Şurasını tərk etmiş Hamlet Xosrov oğlu Qarayevdir.

Xatırladaq ki, hazırda Azərbaycanda 4 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta”, "Xalq Həyat Sığorta" və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər