Sığorta
188

“Azərkosmos” sığortaçı seçir

“Azərkosmos” sığortaçı seçir

“Azərkosmos” ASC könüllü tibbi sığorta xidmətinin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edib.

“Renkinq” xəbər verir ki, kotirovka təklifləri sentyabrın 26-na qədər, səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim olunmalıdır.

Təklif zərfləri sentyabrın 27-də, saat 09:00-da “Azərkosmos”un Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində açılacaq. Əlaqələndirici şəxs qurumun Təşkilati işlər departamentinin satınalmalar üzrə aparıcı mütəxəssisi Ceyhun Əliyevdir (Telefon: (012) 565-00-55).

Bölmədən olan bütün xəbərlər