Qeyri-bankçılıq
240

Azərbaycanda 12 BOKT-un ötən il vergiyədərki mənfəəti olmayıb

Azərbaycanda 12 BOKT-un ötən il vergiyədərki mənfəəti olmayıb

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 12-nin ötən il vergiyəqədərki mənfəəti olmayıb.

"Renkinq" xəbər verir ki, bunlar "Omni Finance", "International", "Kredex", "Falcon Finance", "Regional", "Finance Invest", "Caspian Invest", "FİNKA Azərbaycan", "TCF", "PSG Finans", "Viza Kredit", "Para"dır. Vergiyəqədərki zərərin ən yüksək həddi "Para"da (1,439 milyon manat), ən aşağı həddi isə "Omni Finance"da (19 min manat) qeydə alınıb.

Qalan 24 BOKT-un isə vergiyəqədərki mənfəəti olub. Bu baxımdan ən yüksək göstərici "Embafinans"da (2,303 milyon manat), ən aşağı göstərici isə "Pro Kredit"də (0,001 milyon manat) qeydə alınıb.

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

***

36 BOKT-dan 7-si ötən il vergiyəqədərki mənfəətini artırıb. Bunlar "Kredit Servis", "Finoko", "Finex Kredit", "Embafinans", "Premier Kredit", "Molbulak" və "Merkuri"dir. Ən yüksək dinamika "Kredit Servis"də (18,2 dəfə), ən aşağı dinamika isə "Merkuri"də (79,5%) qeydə alınıb.

6 BOKT-un isə vergiyəqədərki mənfəəti azalıb. Bunlar "Aqrarkredit", "İdeal Kredit", "Azərbaycan Mikro-Kredit", "Azmikroinvest", "TBC Kredit" və "Kredaqro"dur. Ən çox azalma "Kredaqro"da (74,5%), ən az azalma isə "Aqrarkredit"də (1,6%) qeydə alınıb.

4 BOKT-un isə vergiyəqədərki zərəri artıb. Bunlar "Falcon Finance", "Finans İnvest", "Viza Kredit" və "PSG Finans"dır. Ən yüksək dinamika "Falcon Finance"da (44%), ən aşağı dinamika isə "PSG Finans"da (16,2%) qeydə alınıb.

1 BOKT-un "Omni Finance"ın vergiyəqədərki zərəri dəyişməyib.

4 BOKT-un isə vergiyəqədərki zərəri azalıb. Bunlar "Caspian Invest", "Kredex", "TCF" və "Para"dır. Ən çox azalma "Para"da (82,7%), ən azalma isə "Caspian Invest"də (11,2%) qeydə alınıb.

11 BOKT - "Avrasiya-Kredit", "Azinvestkredit", "Brand Credit", "Effektinvest", "İcraçı Kredit Agentliyi", "İDK", "İnkişaf üçün maliyyə", "Kəpəz", "Qafqaz-Kredit", "Pro Kredit", "Viator Mikrokredit Azərbaycan" vergiqədərki zərərdən vergiyəqədərki mənfəətə, 3 BOKT - "FİNKA-Azərbaycan", "International" və "Regional" isə vergiqədərki mənfəətdən vergiyəqədərki zərərə keçib. Odur ki, onların vergiyəqədərki mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər