İnvestisiya
586

“Plato Capital and Co. İnvestisiya Şirkəti” fəaliyyətini tam bərpa etməyə hazırlaşır

“Plato Capital and Co. İnvestisiya Şirkəti” fəaliyyətini tam bərpa etməyə hazırlaşır

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC bu ilin sonuna qədər fəaliyyətini tam bərpa edəcək.

“Renkinq” xəbər verir ki, bu barədə maliyyə qurumunun direktoru Mansur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 5-də Maliyyə Bazarlarına Nəzarət Palatası investisiya şirkətinin lisenziyasını onun yeni adına uyğun olaraq yeniləyib (bundan əvvəl adı “Plato Menecment” olub). Artıq “Plato Capital and Co.” qiymətli kağızlar bazarında hesablaşmalar aparmaq üçün “Bakı Fond Birjası” QSC-yə və Milli Depozit Mərkəzinə müraciət edib. İnvestisiya şirkəti lazımi platformalara çıxış əldə etdikdən sonra müştərilərinə xidmət göstərə biləcək.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər