Qeyri-bankçılıq
576

Azərbaycanda 5 BOKT-un nizamnamə kapitalı 8 milyon manatdan çoxdur

Azərbaycanda 5 BOKT-un nizamnamə kapitalı 8 milyon manatdan çoxdur

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 8 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, bunlar "Para" (38,887 milyon manat), "Aqrarkredit" (22,669 milyon manat), "Molbulak" (10,408 milyon manat), "Embafinans" (10 milyon manat) və "TBC Kredit"dir (8,453 milyon manat). 7 BOKT-un nizamnamə kapitalı 1-4 milyon manat arasında, 2 BOKT-un nizamnamə kapitalı 1 milyon manat, 13 BOKT-un nizamnamə kapitalı 300 min manatdan 1 milyon manata qədər, 6 BOKT-un nizamnamə kapitalı 300 min manat (müəyyən edilmiş minimum tələbə uyğun), 3 BOKT-un nizamnamə kapitalı isə 300 min manatdan azdır.

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

***

36 BOKT-dan 6-sı ötən il nizamnamə kapitalını artırıb. Bunlar "Viza Kredit", Pro Kredit", "FİNKA Azərbaycan", "Azərbaycan Mikro-Kredit" və "Premier Kredit"dir. Ən yüksək dinamika "Viza Kredit"də (4,2 dəfə), ən aşağı dinamika isə "Premier Kredit"də (3,4%) qeydə alınıb.

Qalan 30 BOKT-dan 3-nün - "İcraçı Kredit Agentliyi", "Kredit Servis" və "Effektinvest"in nizamnamə kapitalı azalıb - müvafiq olaraq 1,8%, 3,6% və 28,3%. 27 BOKT-un isə nizamnamə kapitalı isə dəyişməyib.

Bölmədən olan bütün xəbərlər