Büdcə
526

Dövlət Gömrük Komitəsi: “Yaşıl Dəhliz”dən 450 iştirakçı istifadə edir

Dövlət Gömrük Komitəsi: “Yaşıl Dəhliz”dən 450 iştirakçı istifadə edir

“Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə etmək üçün 600-dən çox xarici fəaliyyət iştirakçısı Dövlət Gömrük Komitəsinə müraciət edib. Bunlardan 450-nə həmin hüquq verilib”.

"Renkinq" xəbər verir ki, bunu Komitənin sədr müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, bu sistem biznesdə qanunla könüllü riayət etmək mədəniyyəti gətirib: “Yaşıl dəhliz”dən istifadə hüququ əldə etmiş şəxslər heç bir maneə olmadan öz mallarını anbarlara daşıyırlar və burada bizim iştirakımız 0-a endirilib. Sistemin iştirakçılarının bu ilin ilk 8 ayında ümumi idxalda payı 22,45%, ümumi ixracda payı isə 30%-ə çatıb”. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər