Qeyri-bankçılıq
523

Azərbaycanda 5 BOKT-un balans kapitalı 7 milyon manatdan çoxdur

Azərbaycanda 5 BOKT-un balans kapitalı 7 milyon manatdan çoxdur

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin bu il yanvarın 1-nə balans kapitalı 7 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, bunlar "Aqrarkredit" (23,282 milyon manat), "Embafinans" (14,181 milyon manat), "Molbulak" (10,802 milyon manat), "TBC Kredit" (7,858 milyon manat) və "FİNKA Azərbaycan"dır (7,608 milyon manat). 11 BOKT-un balans kapitalı 1-4 milyon manat arasında, 19 BOKT-un balans kapitalı isə 1 milyon manatdan azdır. 1 BOKT-un  - "Viza Kredit"in isə balans kapitalında 23 min manatlıq çatışmazlıq yaranıb.

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

***

36 BOKT-dan 23-ü ötən il balans kapitalını artırıb. Bunlar "İnkişaf üçün maliyyə", "Finoko", "Brand Credit", "Pro Kredit", "Kəpəz", "TBC Kredit", "Viator Mikro-Kredit Azərbaycan", "Avrasiya-Kredit", "Azmikroinvest", "Finex Kredit", "FİNKA Azərbaycan", "Effektinvest", "Premier Kredit", "Molbulak", "Embafinans", "Azərbaycan Mikro-Kredit", "İdeal Kredit", "Merkuri", "Kredaqro", "Qafqaz-Kredit", "Azinvestkredit", "İDK" və İcraçı Kredit Agentliyi"dir. Ən yüksək dinamika "İnkişaf üçün maliyyə"də (5,7 dəfə), ən aşağı dinamika isə "İcraçı Kredit Agentliyi"ndə (0,2%) qeydə alınıb.

Qalan 13 BOKT-dan 1-də - "Viza Kredit"də balans kapitalının çatışmazlığı 92,2% azalıb, 12 BOKT-un isə balans kapitalı azalıb. Ən çox azalma "Para"da (84,5%), ən az azalma isə "International"da (1,8%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər