Sığorta
499

“Amrah Sığorta” bu ilin I yarısını mənfəətlə başa vurub

“Amrah Sığorta” bu ilin I yarısını mənfəətlə başa vurub

“Amrah Sığorta” ASC bu ilin I yarısını 141 min manat mənfəətlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründən 139 min manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, yanvar-iyun aylarında “Amrah Sığorta”nın gəlirləri 495 min manat, xərcləri isə 354 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Amrah Sığorta”nın aktivləri 6,642 milyon manat olub ki, bu da illik müqayisədə 11% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 46,15% artaraq 1,061 milyon manata, balans kapitalı isə 6,2% artaraq 5,581 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər