Büdcə
101

Vergilər Nazirliyi: Sığorta haqları üzrə yığımlar proqnozu 7% üstələyib

Vergilər Nazirliyi: Sığorta haqları üzrə yığımlar proqnozu 7% üstələyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib. 

“Renkinq” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirin I müavini Sahir Məmmədxanov məlumat verib.

Onun sözlərinə görə, MDSS üzrə nəzərdə tutulandan 7%, işsizlikdən sığorta haqları üzrə 6,7% artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Bölmədən olan bütün xəbərlər