Bankçılıq
190

“Access Bank”ın növbəti sosial aksiyası böyük marağa səbəb oldu

“Access Bank”ın növbəti sosial aksiyası böyük marağa səbəb oldu

Hər il olduğu kimi, bu il də “Access Bank” tədris ilinin başlaması ilə əlaqədar məktəblilər üçün sosial aksiya keçirib.

"Стоп Угроза" ("STOP Təhlükə") uşaqlar üçün təhlükəsizlik məktəbinin Bakı filialının rəhbəri Nigar Əliyevanın iştirakı ilə “Access Bank”ın müştərilərinin övladlarına internetdə təhlükəsizlik, oğurluq təhlükəsi zamanı, digər həyat üçün təhlükəli və fövqəladə hallarda düzgün davranış, özünümüdafiə mövzularında təlimlər təşkil edilib. İki gün davam edən və interaktiv şəkildə keçirilmiş təlimə bir neçə qrupa bölüşdürülərək 100-dən çox uşaq qatılıb.

Təlimlər uşaqlara təhlükəli internet basqılarından, qorxu hissindən və psixoloji sıxıntılardan xilas olmaq, çətin və təhlükəli vəziyyətlərdə daha inamlı hərəkət etməkdə kömək olmaq məqsədilə keçirilib.

“Access Bank”ın icraçı direktoru Günay Cəlilova: "Dərs ilinin başlanması ilə əlaqədar aktual məsələlərə həsr olunan təlimlər keçirmək qərarına gəldik. Potensial təhlükələrin qarşısının öncədən alınması olduqca önəmlidir. Bu baxımdan uşaqlarda özünəinam hissinin artırılmasına və ehtiyatlı olmalarına töhfə vermək xoşdur. Bir valideyn kimi hər birimiz uşaqlarmızın zəif nöqtələrini bilirik, lakin peşəkar trenerlərin köməyi ilə balacalarda özünəinam hissini artırmaq və təhlükələrdən uzaq etmək mümkündür. Müştərilərimizdən və uşaqlardan aldığımız xoş rəylər onu deməyə əsas verir ki, bu cür təlimlərə həm ehtiyac, həm maraq olduqca böyükdür”.

Bankın müştəriləri “Access Bank”ın təşəbbüsünü yüksək qiymətləndirib və əksəriyyəti bu cür təlimlərin davamlı keçirilməsini xahiş edib. Təlimlərin yaratdığı bu marağa əsaslanaraq “Access Bank” uşaqlar üçün bu mövzularda tədbirlərin yaxın gələcəkdə də keçirilməsini planlaşdırır.

Bölmədən olan bütün xəbərlər