Büdcə
141

Azərbaycanın xarici ticarət dövriyyəsi 16% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 16% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22,902 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

8 aylıq xarici ticarət dövriyyəsinin 13,52 milyard dolları ixracın, 9,382 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5%, idxal isə 36,7% artıb.

Son nəticədə xarici ticarətdə 4,138 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 31,2% azdır.

Bölmədən olan bütün xəbərlər