Büdcə
93

Azərbaycanın qeyri-enerji sektoruna xarici investisiyalar 44% azalıb

Azərbaycanın qeyri-enerji sektoruna xarici investisiyalar 44% azalıb

Bu ilin I yarısında Azərbaycan xaricdən birbaşa investisiya kimi 1,7 milyard ABŞ dolları məbləğində vəsait cəlb edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 16,2% azdır.

Hesabat dövründə xarici investisiyaların 86,2%-i və yaxud 1,483 milyard dolları neft-qaz (enerji) sektoruna, 13,8%-i və yaxud 237,4 milyon dolları isə qeyri-enerji sektoruna qoyulub. Son 1 ildə enerji sektoruna xarici investisiyalar 9%, qeyri-enerji sektoruna xarici investisiyalar isə 43,9% azalıb.

Bölmədən olan bütün xəbərlər