Büdcə
93

“Azərnəşr”in yığılmış zərəri 6 milyon manatı keçib

“Azərnəşr”in yığılmış zərəri 6 milyon manatı keçib

“Azərbaycan” dövlət nəşriyyatı (“Azərnəşr”) ötən ili 449 min manat xalis zərərlə başa vurub. Bununla da, nəşriyyatın yığılmış zərəri 6,099 milyon manata çatıb.

“Renkinq” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “Azərnəşr”in aktivləri 24,856 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,55% azdır. Hesabat dövründə nəşriyyatın öhdəlikləri 8% azalaraq 5,335 milyon manata, balans kapitalı isə 2,25% azalaraq 5,335 milyon manata düşüb.

Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır. 

Bölmədən olan bütün xəbərlər