Büdcə
89

Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq

Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq

2020-ci ildə Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub.

“Renkinq” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, 2019-cu illə müqayisədə 3,55% çoxdur.

Qeyd edək ki, gələn il büdcə gəlirlərinin 57%-i, yaxud 13 947,5 milyon manatı neft, 43%-i, yaxud 10 536,5 milyon manatı isə qeyri-neft gəlirlərinin hesabına təmin ediləcək. Beləliklə, ARDNF-dən transfertlər büdcə gəlirlərində 48,1%, neft gəlirlərində isə 84,4% paya malik olacaq. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər