Bankçılıq
127

"Bank of Baku" nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I yarısını 433,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 4 788,282 milyon manat məbləğində nizamnamə kapitalının 9,05%-i qədərdir.

Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 61,1%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, Azərbaycanda 25-ci bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank ötən yarım ildə nizamnamə kapitalının 49,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Unibank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 9-cudur.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə "Kapital Bank" ASC sahib olub. Baxmayaraq ki, "Kapital Bank" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.

Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-25% arasında, 14 bankda 1-10% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.

Bankın adı

Bankın yarım illik mənfəətinin /

zərərinin nizamnamə kapitalına nisbəti

1

Bank of Baku

61,1%

2

Unibank

49,7%

3

Kapital Bank

32,4%

4

Azərbaycan Beynəlxalq Bankı

24,2%

5

Bank Respublika

17,5%

6

PAŞA Bank

15,5%

7

Azərbaycan Sənaye Bankı

8,6%

8

Premium Bank

7,5%

9

Yapı Kredi Bank Azərbaycan

6,1%

10

Bank Avrasiya

5,3%

11

Rabitəbank

4,8%

12

Xalq Bank

4,3%

13

Zıraat Bank Azərbaycan

3,6%

14

Naxçıvan Bank

3,3%

15

AFB Bank

2,4%

16

Express Bank

2,3%

17

Azər-Türk Bank

1,5%

18

Bank VTB Azərbaycan

1,5%

19

Bank BTB

1,3%

20

Günay Bank

1,2%

21

Nikoyl Bank

0,8%

22

NBC Bank

0,3%

23

Turan Bank

0,2%

24

Atabank

0,1%

25

AGBank

-0,9%

26

Pakistan Milli Bankı - Bakı

-2,7%

27

Muğan Bank

-10,3%

28

Amrah Bank

-13,2%

29

İran Milli Bankı - Bakı

-23,0%

30

Access Bank

-33,4%

 

Orta hesabla

9,1%

Bölmədən olan bütün xəbərlər