Büdcə
108

Gürcüstan ötən ay Azərbaycana 400 min dollara yaxın borc qaytarıb

Gürcüstan ötən ay Azərbaycana 400 min dollara yaxın borc qaytarıb

Bu ilin avqust ayında Gürcüstanın Azərbaycana borcu 395 min ABŞ dolları azalaraq sentyabrın 1-nə 6,874 milyon dollar təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Gürcüstanın digər qonşuları qarşısında borc öhdəliklərini də açıqlayıb. Beləliklə, avqustun sonuna Gürcüstan Rusiyaya 53,772 milyon dollar, Türkiyəyə 13,209 milyon dollar, Ermənistana isə 7,554 milyon dollar borclu olub.

Bölmədən olan bütün xəbərlər