Sığorta
287

“Rəvan Sığorta”nın Direktorlar Şurasının sədri dəyişib

“Rəvan Sığorta”nın Direktorlar Şurasının sədri dəyişib

“Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib.

“Renkinq” xəbər verir ki, bununla bağlı qərar şirkətin səhmdarlarının sentyabrın 2-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, indiyə qədər DŞ-ya rəhbərlik edən Emin Abbasovu Surxay Əhmədov əvəz edib. O, həm də “Rəvan Sığorta”nın daxil olduğu “Nurgun Group Of Companies” MMC-nin direktoru, eləcə də bu holdinqə məxsus “NBC Bank” ASC-nin 4,3%-lik səhmdarıdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər