Bankçılıq
360

Azərbaycanda 14 bank kapitalından "yeyib"

Azərbaycanda 14 bank kapitalından

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün balans kapitalı nizamnamə kapitalından azdır.

Bu "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Nikoyl Bank" ASC (278,893 milyon manat), kapitalı ən az azalmış bank isə "Günay Bank" ASC (1,933 milyon manat) olub.

16 bank isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (228,646 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,468 milyon manat) qeydə alınıb.

Hesabat tarixinə bank sektorunun balans kapitalı isə nizamnamə kapitalından 187,141 milyon manat az olub.

Bankın adı

Bankın balans kapitalı ilə 

nizamnamə kapitalı arasında

fərq (milyon manatla)

1

Azərbaycan Beynəlxalq Bankı

228,646

2

Kapital Bank

138,042

3

PAŞA Bank

92,806

4

Azərbaycan Sənaye Bankı

37,239

5

Xalq Bank

34,468

6

Yapı Kredi Bank Azərbaycan

25,249

7

Atabank

22,629

8

Premium Bank

20,560

9

Zıraat Bank Azərbaycan

19,432

10

Bank of Baku

18,865

11

Bank Avrasiya

16,736

12

Naxçıvan Bank

12,570

13

AFB Bank

5,566

14

Turan Bank

4,272

15

Azər-Türk Bank

4,101

16

Pakistan Milli Bankı - Bakı

0,468

17

Günay Bank

-1,933

18

Bank Respublika

-3,315

19

NBC Bank

-5,668

20

Rabitəbank

-6,773

21

Unibank

-7,222

22

Bank BTB

-9,941

23

Express Bank

-14,529

24

İran Milli Bankı - Bakı

-19,980

25

Muğan Bank

-25,099

26

Amrah Bank

-25,372

27

AGBank

-52,548

28

Access Bank

-162,075

29

Bank VTB Azərbaycan

-255,442

30

Nikoyl Bank

-278,893

 

Cəmi

-187,141

Bankların kapitalının artma/azalma dinamikasına görə renkinqi isə aşağıdakı kimidir. Göründüyü kimi burada ardıcıllıq yuxarıdakı cədvəldən bir qədər fərqlidir. Kapitalı ən yumşaq artmış və azalmış banklar 1-ci cədvəldəki kimi Pakistan bankı və "Günay Bank" olsa da, kapitalı ən kəskin artmış və azalmış "Azərbaycan Sənaye Bankı" və "Bank VTB Azərbaycan" ASC-lərdir ("Azərbaycan Beynəlxalq Bankı" və "Nikoyl Bank" deyil).

Bankın adı

Bankın kapitalının artma /

azalma dinamikası

1

Azərbaycan Sənaye Bankı

62,1%

2

Kapital Bank

61,1%

3

Yapı Kredi Bank Azərbaycan

45,6%

4

Zıraat Bank Azərbaycan

38,9%

5

Bank of Baku

35,7%

6

Bank Avrasiya

33,5%

7

PAŞA Bank

27,9%

8

Premium Bank

19,7%

9

Atabank

18,9%

10

Naxçıvan Bank

18,5%

11

Azərbaycan Beynəlxalq Bankı

18,4%

12

Xalq Bank

9,4%

13

Azər-Türk Bank

8,2%

14

AFB Bank

7,9%

15

Turan Bank

6,6%

16

Pakistan Milli Bankı - Bakı

5,0%

17

Günay Bank

-3,0%

18

Bank Respublika

-4,5%

19

Unibank

-5,7%

20

Rabitəbank

-6,7%

21

NBC Bank

-8,9%

22

Express Bank

-10,6%

23

Bank BTB

-15,0%

24

Muğan Bank

-26,4%

25

İran Milli Bankı - Bakı

-27,1%

26

AGBank

-50,6%

27

Access Bank

-62,6%

28

Amrah Bank

-63,7%

29

Nikoyl Bank

-80,1%

30

Bank VTB Azərbaycan

-80,9%

 

Orta hesabla

-3,9%

Bölmədən olan bütün xəbərlər