Bankçılıq
166

“Bank VTB Azərbaycan” ipoteka kreditləşməsi proqramına start verib

“Bank VTB Azərbaycan” ipoteka kreditləşməsi proqramına start verib

“Bank VTB Azərbaycan” ASC müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı verir. Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcədə kreditin müddətindən asılı olaraq dəyişə bilər.

Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 - 275 000 manat təşkil edir və 6 aydan 25 ilə qədər verilir. 

Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. Ilkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur.

Bölmədən olan bütün xəbərlər