Bankçılıq
222

Azərbaycanda “Visa Token Service” istifadəyə verilib

Azərbaycanda “Visa Token Service” istifadəyə verilib

Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa” beynəlxalq kart təşkilatı bu gün “Visa Token Service”in istifadəyə verilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

“Renkinq” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə “Visa”nın regional meneceri Kristina Doros xidmətin üstünlükləri, Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər haqqında ətraflı məlumat verib.

Palatanın maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov isə ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər haqqında məlumat verib. O, “Visa Token Service”in Azərbaycanda tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edub.

“Visa Token Service” nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcək. Mətbuat konfransında Palata və “Visa” arasında əvvəlcədən imzalanmış Anlama Memorandumu tərəflər arasında dəyişdirilib. Bu Anlaşma Memorandumu ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Bölmədən olan bütün xəbərlər