Bankçılıq
154

“Bank VTB Azərbaycan” kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir

“Bank VTB Azərbaycan” kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir

“Bank VTB Azərbaycan” sərfəli faiz dərəcəsilə kreditlərin yenidənmaliyyələşdirilməsi proqramına start verir. “Refinans” adlı kreditin illik faiz dərəcəsi 18%-dən başlayır. Proqram müştərilərə müxtəlif banklardakı kreditlərini bir kreditdə birləşdirməyə və faiz dərəcəsini azaltmağa imkan verir.

Proqramın əsas üstünlüyü mövcud olan borcun yenidənmaliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir. Kreditin həcmi borcalanın gəlir səviyyəsindən asılıdır. Kredit manatla, 12 aydan 48 aya qədər verilir. Kreditin məbləği 1 000 – 15 000 manat təşkil edir.

“Yenidən maliyyələşdirmə proqramı müştərilərə aylıq ödənişlərini optimallaşdırmağa və öz ehtiyacları üçün əlavə olaraq nağd vəsait əldə etməyə imkan  verir”, –deyə “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin üzvü Dmitriy Qalaşev qeyd edib. 

Bölmədən olan bütün xəbərlər