Büdcə
149

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 27% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 27% artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 873,657 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,8% artaraq 693,651 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 26,9% artaraq 1 965,579 milyon manat, aksizlər üzrə daxilolmalar 62,7% artaraq 184,703 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 21% artaraq 29,725 milyon manat olub.  

Bölmədən olan bütün xəbərlər