Bankçılıq
405

Azərbaycanda 8 bankın balans kapitalı azalıb

Azərbaycanda 8 bankın balans kapitalı azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il iyulun 1-nə balans kapitalı illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "NBC Bank", "Azər-Türk Bank", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "Premium Bank", "Express Bank", İran Milli Bankının Bakı filialı və "Amrah Bank"dır. Ən az azalma "NBC Bank"da (0,5%), ən çox azalma isə "Amrah Bank"da (58%) qeydə alınıb.

Qalan 22 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Bank of Baku"da (90%), ən aşağı dinamika isə "Bank BTB"də (1,8%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər