Bankçılıq
95

Azərbaycanda 4 bankın balans kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın balans kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı 300 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 469,933 milyon manat), "PAŞA Bank" (425,806 milyon manat), "Xalq Bank" (399,241 milyon manat) və "Kapital Bank"dır (363,892 milyon manat).

Qalan 26 bankdan 4-də balans kapitalı 100-200 milyon manat arasında, 21 bankda 10-100 milyon manat arasında, 1 bankda  - Pakistan Milli Bankının Bakı filialında isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər