Sığorta
153

"Qala Həyat Sığorta"nın mənfəəti 57% artıb

"Qala Həyat Sığorta" ASC bu ilin I yarısını 1,229 milyon manat mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 56,8% çoxdur.

Yanvar-iyun aylarında "Qala Həyat Sığorta"nın gəlirləri 9,526 milyon manat, xərcləri isə 8,296 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 35,234 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,2% azalaraq 13,309 milyon manata düşüb, balans kapitalı isə 10,8% artaraq 19,925 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər