Sığorta
215

"Meqa Sığorta" "Bakı Taksi Xidməti"ni məhkəməyə verib

"Meqa Sığorta" ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC-ni məhkəməyə verib. 

"Renkinq" xəbər verir ki, iddiaya səbəb sığorta müqaviləsi üzrə mübahisələrdir. 

Özəl sığorta şirkəti dövlət taksi şirkətindən subroqasiya qaydasında pul tələb edir. İşlə bağlı cavahdeh qismində fiziki şəxs Hikmət Əli oğlu Əliyev də çıxış edir. 

İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Fuad Talışinskidir. 

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər