İnvestisiya
60

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan manatında istiqraz buraxa bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan manatında istiqraz buraxa bilər

Maliyyə Bazarlarına Nəzarət Palatasında, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.

“Renkinq” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, görüşdə AYİB-in Azərbaycan manatında istiqraz emissiyası həyata keçirməsi, yerli qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, gələcək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni təyin olunmuş idarəedici direktoru Matteo Patrone isə qiymətli kağızlar bazarının inkişafı istiqamətində, Palata ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmış işlər barədə məlumat verib. 

Bölmədən olan bütün xəbərlər