Bankçılıq
119

Azərbaycanda 6 bankın Mərkəzi Banka ümumi borcu 79 milyon manatdan çoxdur

Azərbaycanda 6 bankın Mərkəzi Banka ümumi borcu 79 milyon manatdan çoxdur

Bu il iyulun 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 6-sı tənzimləyici quruma ümumilikdə 79,4 milyon manat borcludur.

"Renkinq" xəbər verir ki, həmin banklar "AGBank", "Premium Bank", "Atabank", "Günay Bank", "Bank  BTB" və "Kapital Bank"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (32,9 milyon manat), ən az borclu olan isə "Kapital Bank"dır (0,5 milyon manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 16 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank of Baku", "Bank VTB Azərbaycan", "Xalq Bank", İran Milli Bankının Bakı filialı, "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərini açıqlamayıb. 

Bölmədən olan bütün xəbərlər