Qeyri-bankçılıq
155

"Caspian Invest" BOKT-un zərəri 11% azalıb

"Caspian Invest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 135 min manat zərərlə başa vurub.

"Renkinq" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 11,2% azdır.

Ötən il "Caspian Invest"in gəlirləri 42 min manat, o cümlədən faiz gəlirləri 35 min manat, qeyri-faiz gəlirləri 7 min manat, xərcləri isə 177 min manat, o cümlədən faiz xərcləri 1 min manat, qeyri-faiz xərcləri 176 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Caspian Invest"in aktivləri 564 min manat olub ki, bu da illik müqayisədə 10,6% azdır. Bunun 441 min manat müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 4,5% kiçilib.

Hesabat dövründə "Caspian Invest"in öhdəlikləri 24,4% azalaraq 34 min manata, balans kapitalı isə 9,6% azalaraq 530 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər