Bankçılıq
240

Azərbaycanda 11 bankın depozit portfeli azalıb

Azərbaycanda 11 bankın depozit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin bu il iyulun 1-nə depozit portfeli illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Nikoyl Bank", "Atabank", "Yapı Kredi Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank", "Bank of Baku", "AFB Bank", "Zıraat Bank Azərbaycan" və "Express Bank"dır. Ən az azalma "Nikoyl Bank"da (0,1%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da və "Express Bank"da (31%) qeydə alınıb.

Qalan 19 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,3 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (1,5%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər