Bankçılıq
125

Azərbaycanda 4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda 4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il iyulun 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 625,104 milyon manat), "PAŞA Bank" (3 626,765 milyon manat), "Kapital Bank" (2 865,173 milyon manat) və "Xalq Bank"dır (1 389,811 milyon manat).

Qalan 26 bankdan 19-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 6 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər