Sığorta
77

"Bakı Sığorta"nın xalis mənfəəti kəskin azalıb

"Bakı Sığorta" ASC bu ilin I yarısını 22 min manat xalis mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 92,65% azdır.  

Yanvar-iyun aylarında "Bakı Sığorta"nın gəlirləri 858 min manat, xərcləri 830 min manat, mənfəət vergisi ödəmələri isə 6 min manat təşkil edib.

Bu il iyulun 1-nə "Bakı Sığorta"nın aktivləri 10,731 milyon manat olub ki, bu da illik müqayisədə 0,6% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,9% azalaraq 1,431 milyon manata düşüb, balans kapitalı isə 0,6% artaraq 9,3 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər