Sığorta
66

"Günay Sığorta"nın mənfəəti 59% artıb

"Günay Sığorta" ASC bu ilin I yarısını 439 min manat mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 59,1% çoxdur.

Yanvar-iyun aylarında "Günay Sığorta"nın gəlirləri 3,012 milyon manat, xərcləri isə 2,573 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Günay Sığorta"nın aktivləri 13,11 milyon manat olub ki, bu da illik müqayisədə 12,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 30,9% azalaraq 4,781 milyon manata düşüb, balans kapitalı isə 2,7% artaraq 8,329 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər