Bankçılıq
118

Azərbaycanda 13 bankın öhdəlikləri azalıb

Azərbaycanda 13 bankın öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu il iyulun 1-nə öhdəlikləri illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Atabank", "Access Bank", "Nikoyl Bank", "Azərbaycan Sənaye Bankı", Pakistan Milli Bankının Bakı filialı, "Bank of Baku", "Rabitəbank", "AFB Bank", "Zıraat Bank Azərbaycan" və "Express Bank"dır. Ən az azalma "Kapital Bank"da (0,1%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da və "Express Bank"da (23,4%) qeydə alınıb.

Qalan 17 bankın öhdəlikləri isə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (41,4%), ən aşağı dinamika isə "Bank BTB"də (1,4%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər