Bankçılıq
120

Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il iyulun 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 017,793 milyon manat), "PAŞA Bank" (4 004,551 milyon manat), "Kapital Bank" (3 299,319 milyon manat), "Xalq Bank" (1 736,031 milyon manat) və "Bank Respublika"dır (1 145,662 milyon manat).

Qalan 25 bankdan 22-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər