Büdcə
129

“Azərlotereya”nın nizamnamə kapitalı kəskin artırılır

“Azərlotereya”nın nizamnamə kapitalı kəskin artırılır

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin nizamnamə kapitalı 10 dəfə artırılaraq 20 min manatdan 200 min manata çatdırılacaq.

“Renkinq” xəbər verir ki bu barədə nazirlikdəki mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı şirkətin dövriyyədə olan 10 min səhminin nominal dəyərinin 2 manatdan 20 manata çatdırılması hesabına baş tutacaq. Bunun üçün əvvəlki illərin xalis mənfəətindən istifadə ediləcək.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. 
Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər