Sığorta
75

Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 9-nun ödənişləri isə azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət yanvarda 5,74 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 7 ayda 11,905 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət Dövlət Sığorta Kommersiya Şirkətindədir ("Azərsığorta"). Bu şirkət 7 ay ərzində 8,481 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 63% azalaraq 1 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər