Bankçılıq
102

“Bank Respublika” Horadiz qəsəbəsindəki məktəbliləri sevindirib

“Bank Respublika” Horadiz qəsəbəsindəki məktəbliləri sevindirib

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Yeni dərs ilini yuxarı sinif şagirdləri ilə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyacaq birincilər də səbirsizliklə gözləyir.

Ölkəmizdə sosial layihələrə böyük önəm verən “Bank Respublika” ASC ənənəyə sadiq qalaraq bu dəfə də cəbhə bölgəsində bu ilbirinci sinifə gedəcək məktəbliləri sevindirib. Bank, Fizuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Məktəbə hazıram!” adlı layihə həyata keçirib.

Layihə çərçivəsində bankın əməkdaşlarıdüşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 3 məktəbə səfər edərək bu il birinci sinifə gedəcək uşaqlarla görüşüb. Görüşlərdə uşaqlar şeir söyləyib, mahnı oxuyaraq məktəbə hazır olduqlarını bildiriblər. Şən keçən görüşün sonunda Bankın əməkdaşları 100-ə yaxın birinci sinif şagirdlərinə dərs ləvazımatları ilə doluməktəbli çantası hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra damüxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər