Sığorta
121

“Atasığorta” bu ilin I yarısını mənfəətlə başa vurub

“Atasığorta” bu ilin I yarısını mənfəətlə başa vurub

“Atasığorta” ASC bu ilin I yarısını 1,113 milyon manat mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 2,35 milyon manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, yanvar-iyun aylarında “Atasığorta”nın gəlirləri 14,027 milyon manat, xərcləri isə 12,914 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Atasığorta”nın aktivləri 27,045 milyon manat olub ki, bu da illik müqayisədə 8,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,9% artaraq 16,825 milyon manata çatıb, balans kapitalı isə 27% azalaraq 10,22 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 17,75% artaraq 14,6 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər