Sığorta
75

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 154,632 milyon manat sığorta ödənişinin 107,607 milyon manatı və yaxud 69,6%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (52,729 milyon manat), "PAŞA Sığorta" (25,861 milyon manat), "Atəşgah Sığorta" (11,905 milyon manat), "Atasığorta" (8,631 milyon manat) ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta", 8,481 milyon manat).

7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (124 min manat),  "Bakı Sığorta" (157 min manat) və "Rəvan Sığorta" (184 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 466 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 46,559 milyon manat (30,1%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər