Sığorta
156

Azərbaycanda sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 422,931 milyon manat sığorta haqqının 312,431 milyon manatı və yaxud 73,9%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (131,979 milyon manat), "PAŞA Sığorta" (96,469 milyon manat), "Azərsığorta" (38,778 milyon manat), "Atəşgah Sığorta" (23,029 milyon manat) və "Atəşgah Həyat Sığorta" (22,179 milyon manat) ASC-lərdir.

7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (253 min manat), "Naxçıvan Sığorta" (300 min manat), "Amrah Sığorta" (336 min manat) və  "Bakı Sığorta" (616 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,505 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 108,995 milyon manat (25,8%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər