Bankçılıq
269

Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb

Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 487,4 milyon manat təşkil edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,1% çoxdur. 

İlin əvvəlinə nisbətən isə problemli kreditlər 6,2%, son 1 ildə isə 16,5% azalıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub. Bu nisbət iyunun sonuna 11%, ötən ilin sonuna 12,2%, ötən il iyulun sonuna isə 14,6% təşkil edib. 

Bölmədən olan bütün xəbərlər