Sığorta
71

Azərbaycanda həyat sığortası 23% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

Azərbaycanda həyat sığortası 23% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 161,63 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 22,65% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 261,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,15% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,5% artaraq 65,01 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 10,35% artaraq 89,622 milyon manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 34,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-iyul aylarında müvafiq olaraq 31 manat və 32,4 manat olub. 

Bölmədən olan bütün xəbərlər