Sığorta
144

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 10% artıb

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 10% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 285,604 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 9,5% artaraq 137,328 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 109,988 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 16,3% artaraq 44,644 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-iyul aylarında 32,15 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,6 manatdan 32,5 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər