Sığorta
84

"Meqa Sığorta"nın xalis mənfəəti 10% azalıb

"Meqa Sığorta" ASC bu ilin I yarısını 2,283 milyon manat xalis mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,8% azdır.

Yanvar-iyun aylarında "Meqa Sığorta"nın gəlirləri 12,303 milyon manat, xərcləri 9,449 milyon manat, mənfəət vergisi ödəmələri isə 571 min manat təşkil edib.

Bu il iyulun 1-nə "Meqa Sığorta"nın aktivləri 49,381 milyon manat olub ki, bu da illik müqayisədə 18,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 15,9% artaraq 23,316 milyon manata, balans kapitalı isə 20,3% artaraq 26,064 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər