Sığorta
102

Azərbaycanın sığorta bazarı 8% kiçilib

Azərbaycanın sığorta bazarı 8% kiçilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 422,931 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

7 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 154,632 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6% çoxdur.

2019-cu ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,6 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,7 manat olub.

Bölmədən olan bütün xəbərlər