Bankçılıq
224

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 786,244 milyon manat), "Xalq Bank" (1 493,554 milyon manat), "Kapital Bank" (1 406,373 milyon manat) və "PAŞA Bank"dır (1 402,114 milyon manat).

Qalan 26 bankdan 21-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər