Qeyri-bankçılıq
92

"Union Lizinq"in mənfəəti 15% azalıb

"Union Lizinq" ASC bu ilin I yarısını 323 min manat mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,45% azdır.

Yanvar-iyun aylarında "Union Lizinq"in gəlirləri 368 min manat, xərcləri isə 45 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Union Lizinq"in aktivləri 11,993 milyon manat olub ki, bu da illik müqayisədə 5,1% azdır. Şirkət hesabat tarixinə öhdəliklərini və balans kapitalını açıqlamayıb.

Bölmədən olan bütün xəbərlər